Zərif, çoxtaxıllı Kabrita® sıyığı adaptasiya olunmuş Kabrita® süd qatışığının əsasında hazırlanmışdır və körpələrin sevimli meyvəsi – yetişmiş bananla zənginləşdirilmişdir. Körpənin ilk ilində balanslaşdırılmış qidalanması və dad seçimlərinin genişlənməsi üçün ideal seçimdir. Kabrita® sıyıqlarının xoş qaymaqlı dadı yalnız təbii süd şəkəri – laktoza və meyvələr hesabına əldə olunur. Şirinləşdiricilər əlavə edilmədən hazırlanmışdır.
Asan mənimsənilir və yaxşı həzm olunur.
Rahat həzm üçün təbii keçi südündən hazırlanmış adaptasiya olunmuş Kabrita® süd qatışığı.
«Taxıl dənəsinin yumşaq parçalanması» texnologiyası həzmi asanlaşdırır, taxılların təbii şirinliyini qoruyur. Bu texnologiya sayəsində Kabrita® sıyıqları incə, zərif quruluşa malikdir və suda ideal həll olunur.
DigestX® – beta-palmitatlı yağ kompleksi, ana südünün yağ profilinə bənzəyir, qəbizlik riskini azaldır, enerji mübadiləsini yaxşılaşdırır və kalsiumun mənimsənilməsini dəstəkləyir.
Prebiotiklər həzmi yaxşılaşdırır və immuniteti gücləndirir.