Kabrita GOLD qatışıqlarının istehsal keyfiyyəti və təhlükəsizlik nəzarəti necə aparılır?
Niderlandda dövlət süd sektorunun inkişafına böyük diqqət yetirir - süd və süd məhsullarının keyfiyyətinə nəzarət üzrə xüsusi dövlət qurumu (COKZ) ciddi keyfiyyətə nəzarət standartları və sistemləri hazırlamışdır. Bu qurumun vəzifələrinə fermerlərə və istehsalçılara nəzarət daxildir.
Bundan əlavə, keçi südü ilə təmin edən bütün təsərrüfatlar heyvanların baxımı, toplanması, saxlanması və daşınması üçün dəqiq meyarları özündə cəmləşdirən "Kwaligeit" yüksək texnoloji nəzarət sistemi altında fəaliyyət göstərir.
